FIRELANDERS

Klubun nizamnaməsi
Klubumuz haqqında

"FIRELANDERS MC" motoklubu hüquqi mühərrikli nəqliyyat vasitələri və uyğun sürücü kateqoriyasına sahib olan geniş insan kütləsinə açıqdır ! Yarandığı gündən klub hər il çoxsaylı tədbirlər, motoyarışlar və festivallar keçirir. Çoxu bizə sual verir ki, "FIRELANDERS” adı necə yaranıb və mənası nədir. - Cavab veririk: Qədim dövrlərdən bəri Azərbaycanı Odlar Yurdu adlandırırlar. Belə ki, Azərbaycan həmişə neft və qaz ilə xatırlanıb, axı ölkə bölgə üzrə ən böyük neft təchizatçısıdır. Ad da buradan qaynaqlanır: “FİRE – od/alov”, “LAND – torpaq”. Digər sözlə, klubun adı «FIRELANDERS – alovlu torpağın insanları» Klubun idarəedilməsi ümumi yığıncaq tərəfindən həyata keçirilir. Əsas qanun – Klubun nizamnaməsidir. Klubun dəyərləri – müstəqillik, dostluq və qarşılıqlı yardım, azadlıq və hörmət. Və ən əsası – yol və motosikl. Klub heç bir təşkilata, assosiasiyaya və birliyə daxil deyil. Bizim baxışımızı, dəyərlərimizi və məqsədlərimizi bizimlə paylaşan ictimai motosikl birliklərinə hörmətlə yanaşırıq. Klub siyasi fəaliyyətdə iştirak etmir və hər-hansı bir siyasi, dini və digər baxışların təbliğatı ilə məşğul deyil. Məqsəd və vəzifələr: • Mənəvi yaxınlığı, maraqları və mototexnikaya sevgisi olan insanların birləşməsi; • Moto mədəniyyətin inkişafının təbliği və ona sərmayə qoyulması; • Motosikl yarışlarının, tədbirlərinin təşkili; • Digər motoklublarla əməkdaşlıq; • Mədəni, sosial, elmi, tədris, xeyriyyə və digər məqsədlər; • Savadlı və qüsursuz şəkildə idarəetmə təbliğatı. Yol hərəkəti qaydalarının öyrənilməsi və ona riayət edilməsi. Yolda qarşılıqlı yardımlaşma;

Suallar / Cavablar

SUAL : Qonşum baykerdir... deyəsən o sizin klubdandır ? CAVAB : Biz üzvlərimiz haqqında suallara cavab vermirik. SUAL : Klub nişanlarını harada əldə etmək mümkündür ? CAVAB : Onlar satışda yoxdur ! Onlar yalnız klub üzvlərinə verilir ! SUAL : Firelanders – da motosiklin markasının əhəmiyyəti varmı ? CAVAB : Motosiklet markaları üzrə yoxdur. Amma motosiklet ve mühərrik üzrə bəzi məhdudiyyətlər var. - motosiklet kateqoriyaları üzrə məhdudiyyət - sport, superbayk, motard, kross, enduro - mühərrik üzrə məhdudiyyət - ən azı 700 kub.cm SUAL : MC abreviaturasının açıqlaması nədir ? CAVAB : Motorcycle Club SUAL : FireLanders üzvü necə olmaq olar ? CAVAB : Klubun üzvü olmaq üçün istək, motosiklə malik olmaq və müəyyən klub amillərinə uyğun olmaq lazımdır. Lakin üzv olmağa davam etmək gələcəkdə daha çətindir, çünki klubda yalnız maraq üçün iştirak etmək yox ora bir parçanı qoymaq lazımdır. Hər insan bu cür qurban verə bilməz. Klubda sosial status üzrə ayrı seçkilik yoxdur, burada adi işçi ilə bankir eyni səviyyədədirlər, hər kəsin sözü və işi ilə məsuliyyət daşıdığı vəzifəsi vardır. Biz çiyin-çiyinə verib irəliləyirik və hər birimizin fikrinə hörmətlə yanaşırıq. SUAL : “Klub rəngləri” nədir və nə üçün istifadə edilir ? CAVAB : "Rənglər" və ya "nişanlar" — klub üzvünün jiletinin arxa hissəsində tikilən klub emblemidir və yuxarı nişanda Firelanders, aşağı nişanda isə klubun yerləşdiyi yerin adı yazılıb. Bu nişanların hər biri həmçinin “Roker” adlanır. Mərkəzdəki nişanlar klubun loqosudur və «Deadhead» adlanır, kiçik kvadrat şəklindəki «MC» nişan isə klubun statusudur. FIRELANDERS klubunun adı və loqosu bir çox digər klublar kimi rəsmi olaraq qeydiyyatdan keçmişdir. Onların istifadə hüququ müəllif hüquqlarının qorunması haqqında qanunla qorunur, SUAL : Black & White söz birləşməsi nə deməkdir ? CAVAB : Bu klubun rəngləridir. Məhz ağ fonda qara hərflər.

Xəbərlər
  • Klubun Statusunun Dəyişilməsi Hagginda (Mcc-Dən Mc-Yə) - 23 sentyabr 2019
    2019-ci ilin sentyabr ayından FIRELANDERS klubunun rəsmi statusu dəyişildi. Bu gündən FİRELANDERS motosiklet klubu "MC" formatinda fəaliyyət göstərəcək !
  • Fireland Run - 23 may 2020
    23 may 2020-ci il tarixində FIRELANDERS MC təşkilatçılığı ilə "FIRELAND RUN" adlı möhtəşəm qapalı ziyafət keçiriləcək. Gecəyə giriş yalnız dəvətnamə ilə olacaq. Dəqiq məkan və partinin keçiriləcəyi məkan barədə məlumat ancaq gecəyə dəvət olunan qonaqlara veriləcək. "FIRELAND RUN"-nin info dəstəkçisi Firelanders.Com saytidir.
Bizə qoşul